Vəfat edən şəxsin pensiya kapitalını bu şəxslər ala bilər

Vətəndaş illərlə işləyir və pensiya kapitalında müəyyən məbləğ toplanır.

Əgər şəxs pensiya yaşına çatmamış və ya pensiya almağa başladıqdan sonra kapitalını tam istifadə etməmiş vəfat edərsə, onun fərdi hesabında toplanmış pensiya kapitalının aqibəti necə olur?

Eqazet.online Xəzər TV-yə istinadən xəbər verir ki, vəkil Kamandar Hüseynov deyir ki, vəfat edən şəxsin pensiya kapitalı vərəsələrə ödənilə bilər.

Ölən şəxsin ailə üzvləri notarius vasitəsilə vərəsəlik hüququ əldə etdikdən sonra Dövlət Sosial Müdafiə Fondundan vəsaiti almaq üçün müraciət edə bilərlər.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili də bildirir ki, şəxsin topladığı pensiya kapitalı o vəfat etdikdə onun ailə üzvlərinin sosial təminatına yönəldilir.

Qurum rəsmisi həmçinin qeyd etdi ki, pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar, ailə başçısını itirməyə görə ödənilən pensiyalara da şamil olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Tramp Ukraynanı Putinə təslim etdi? 90 dəqiqəlik danışığın müdhiş təfərrüatları

Ca Fev 13 , 2025
Eqazet.online xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında uzun telefon danışığı baş tutub. Təxminən 1,5 saat davam edən söhbətdə əsasən Ukrayna münaqişəsi və ikitərəfli münasibətlər müzakirə olunub. Danışıqların əsas məqamlarını belə özətləmək olar: ▪ Tramp bildirib ki, o və Putin Ukraynada münaqişənin dayandırılmasının vacibliyi […]

Bəyənə bilərsən