Finlandiya polisi barıt zavodunun yaxınlığında PUA-ların qanunsuz uçuşlarını araşdırır

Finlandiya polisi barıt istehsalı zavodunun yaxınlığında pilotsuz uçuş aparatlarının (PUA) icazəsiz uçuşlarını araşdırır.

“Eqazet.online” xəbər verir ki, bu barədə “Yle” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“Polis Vihtavuoridəki (Mərkəzi Finlandiya) “Nammo” barıt zavodunda bir neçə icazəsiz PUA uçuşunu araşdırır”, – materialda qeyd olunur.

Mərkəzi Cinayət Polisinin cinayət işləri üzrə komissarı Yussi Luoto bildirib ki, hüquq-mühafizə orqanları “Nammo” zavodunun ərazisində və ya bilavasitə yaxınlığında bir neçə dəfə PUA uçuşu qeydə alıb.

Telekanal dəqiqləşdirib ki, zavodun ərazisi və ətrafı uçuşsuz zonadır. Araşdırma ilkin mərhələdədir, buna görə də polis hadisələrin təfərrüatlarını açıqlamır. Dron uçuşları yanvarda və fevralın əvvəlində qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib

Ça Fev 11 , 2025
Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib. “Eqazet.online” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Prezident Administrasiyası həyata keçirəcək. Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Bəyənə bilərsən