Azərbaycan bu ölkədən 1 milyard dollarlıq qızıl aldı

Azərbaycanın Avstraliyadan idxalı kəskin artıb.

Eqazet.online Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan ötən il Avstraliyadan 1 milyard 463,12 milyon dollarlıq məhsul idxal edib. Bu, 2023-cü illə müqayisədə 125 dəfə çoxdur. Azərbaycan 2023-cü ildə bu ölkədən 11 milyon 688,97 min dollarlıq məhsul idxal etmişdi.

Artıma səbəb qızıl idxalı olub. Ötən il Avstraliyadan təqribən 1 milyard dollar dəyərində qızıl idxal edilib.

Nəticədə Avstraliya Azərbaycanın idxalında beşinci yerə yüksəlib. Bu ölkənin Azərbaycanın ümumi idxalında payı isə 6.95 faiz olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Sabah qar yağacaq, yollar buz bağlayacaq

Bz Fev 9 , 2025
Azərbaycanda fevralın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən “Eqazet.online”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə yağıntılı olacağı, sulu qar yağacağı ehtimalı var, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 1°-dək isti, […]

Bəyənə bilərsən