Anasının 140 minlik qızılını oğurlayıb 8 dollara SATDI

Çində qız anasının 140 min dollar dəyərində zinət əşyalarını oğurlayıb və sırğa almaq üçün onu cəmi 8 dollara satıb.

Eqazet.online xəbər verir ki, qızın anası qızıl-zinət əşyalarının yoxa çıxması barədə polisə müraciət edib. Qadının dediyinə görə, oğurlanan əşyalar arasında nefrit bilərziklər, boyunbağılar və digər qiymətli əşyalar da olub. Lakin qızı onların əsl dəyərini bilməyərək saxta olduğunu düşünüb və mağazaya satıb.

“Ona pulun nə üçün lazım olduğunu soruşdum və o, kiminsə çox bəyəndiyi dodaq pirsinq etdirdiyini gördüyünü söylədi. O, özünə sırğalar da almaq istəyirdi”, – çinli qadın bildirib.

Məmurlar hadisəni tam öyrəndikdən sonra zinət əşyalarını qaytarmağa razı olan mağaza sahibi ilə əlaqə saxlayıb.

Hadisə yerli sosial şəbəkələrdə geniş rezonans doğurub. Bir çox istifadəçi anaya rəğbətini ifadə etsə də, bəziləri uşağın müdafiəsinə qalxıb. (Lent.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Yağışın insanlarda yaratdığı emosional hisslər

Şb Fev 8 , 2025
Yağış təbiətin ən incə və zərif hadisələrindən biridir. O, həmçinin insanların emosional vəziyyətinə dərin təsir göstərə bilən bir fenomendir. Yağışın yaratdığı hisslər bəzən nostalji və hüzün, bəzən də rahatlıq və sükunətlə əlaqələndirilir. Yağışın səsi, damlaların yerə düşməsi, havadakı təmizlik hissi — bütün bunlar insan ruhunda müxtəlif duyğular oyandırır. Bu yazıda […]

Bəyənə bilərsən