“Estoniya ABŞ-dan HIMARS Raket Sistemləri Təmin Edəcək”

Estoniya yaxın bir neçə həftə ərzində Amerikadan HIMARS reaktiv raket sistemlərini alacaq.

EQazet Estoniyanın ERR teleradio şirkətinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Hanno Pevkur deyib.

Nazir bildirib ki, Estoniya bir neçə həftəyə ABŞ-dan sözügedən texnikaları alacaq.

Estoniyada yerləşdirilən Amerika hərbçilərinin artıq ölkə ordusunun şəxsi heyətinə bu reaktiv raket sistemlərindən istifadə ilə bağlı təlim keçdiyi iddia olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

"Liverpul Ulduzu Gələcəyi ilə Bağlı Seçimini Edib"

C Yan 3 , 2025
“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah mövsümün sonunda klubdan ayrılacağını bildirib. Bu barədə Eqazet “Sky Sports”a istinadən xəbər verir. “Mən həqiqətən Liverpulla Premyer Liqanı qazanmaq istəyirəm. Bu mənim klubdakı son ilimdir, ona görə də şəhər üçün xüsusi bir şey etmək istəyirəm”, – Salah deyib. Misirli yeni müqavilə ilə bağlı klubla onun arasında […]

Bəyənə bilərsən