Fidan: Türkiyə Qəzzada azad edilən fələstinli məhbusları qəbul etməyə hazırdır

Türkiyə Qəzzada azad edilən fələstinli məhbusları öz ərazisində qəbul etməyə hazırdır.

“Eqazet.online” xəbər verir ki, bunu Dohada Türkiyə xarici işlər naziri Hakan Fidan Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

“Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasının şərtlərindən biri fələstinli məhbusların azadlığa buraxıldıqdan sonra Fələstin torpaqlarında qalmaması ilə bağlıdır. Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, digər ölkələrlə birlikdə azad edilmiş fələstinliləri qəbul etməyə hazırıq. Sazişin həyata keçirilməsinə digər ölkələr də öz töhfələrini verəcəklər”, – o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda dördüncü kurs tələbəsi vəfat edib

Be Fev 3 , 2025
Milli Aviasiya Akademiyasının dördüncü kurs tələbəsi Sultan Sultanlı vəfat edib. “Eqazet.online” xəbər verir ki, bu barədə onun yaxınları bildirib. Onun hansı səbəbdən ölməsi məlum deyil.(oxu.az)

Bəyənə bilərsən