İcma: Belçikanın yeni qurulmuş hökuməti Qərbi azərbaycanlılara qaşrı ayrı-seçkilik edib

Belçika Krallığında yeddi aydır davam edən növbəti siyasi böhrandan sonra bir qrup siyasi partiya 2025-ci ilin fevral ayının 1-də koalisiya sazişi imzalayaraq hökumət qurmuşdur. Sazişdə Azərbaycana və azərbaycanlılara qarşı qeyri-konstruktiv və ayrı-seçkilik xarakterli müddəalar yer alır.

Eqazet.online Ölkə.az-a istinadən xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması bəyan edib.

“Koalisiya sazişində “dağlıq qarabağ ” kimi ifadələrdən istifadə etməklə, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə xələl gətirilməyə çalışılır. Bundan başqa, sazişdə Azərbaycandan köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi qaldırılır. Lakin Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışı barədə bir kəlmə də olsun bəhs edilmir. Bu, Belçika hökuməti tərəfindən Qərbi azərbaycanlılara qarşı etnik və dini əsasda ayrı-seçkilikdir.

Belçika siyasi partiyalarının, ölkələrinə aidiyyəti olmayan bu kimi məsələləri sazişə daxil etmək və ayrı-seçkilik və beynəlxalq hüquqa zidd yanaşma sərgiləmək əvəzinə Belçikanın xroniki böhran içərisində olan siyasi sistemi ilə məşğul olmaları daha düzgün olardı.

Biz Belçikanın yeni qurulmuş hökumətini azərbaycanlılara qarşı etnik əsasda ayrı-seçkiliyə son verməyə, bölgədə sülhə mane olan addımlardan çəkinməyə və Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırırıq”, – bəyanatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ekspertdən XƏBƏRDARLIQ! Broyler toyuqlarına vurulan bu antibiotiklər təhlükəlidir

Bz Fev 2 , 2025
Broyler toyuqları dünyanın ən çox istehlak edilən ət növlərindən biridir. Sürətli böyüməsi və yüksək məhsuldarlığı sayəsində geniş yayılıb. Lakin son dövrlərdə broyler toyuqlarının böyüməsini sürətləndirmək üçün hormonlarla və antibiotiklərlə qidalandırılması narahatlıq doğurur. Əslində bir çox ölkədə, eləcə də Azərbaycanda quşçuluqda hormon istifadəsi qadağandır. Lakin xəstəliklərin qarşısını almaq üçün antibiotiklərdən istifadə […]

Bəyənə bilərsən