Eqazet.online reuters=ə istinadən xəbər verir ki,Böyük Britaniyanın Baş naziri Kear Starmer, Çaqos Adaları ilə bağlı razılaşma çərçivəsində bölgədə yerləşən hərbi bazanın güclü şəkildə qorunmasının vacib olduğunu bildirib.
Starmer hökuməti, adaların gələcəyi ilə bağlı Mavriki ilə aparılan danışıqlarda Böyük Britaniyanın strateji maraqlarının qorunacağını vurğulayıb. Xüsusilə, ABŞ və Böyük Britaniyanın hərbi mövcudiyyətinin davam etməsi əsas prioritetlərdən biri olaraq qeyd edilir.
Çaqos Adaları Hind Okeanında yerləşir və burada ABŞ-ın Diyeqo Qarsiya hərbi bazası mövcuddur. Bölgə uzun illərdir mübahisəli ərazi olaraq qalır və Mavriki hökuməti adaların suverenliyini tələb edir. Danışıqların nəticəsi hələlik bəlli olmasa da, London təhlükəsizlik maraqlarını üstün tutacağını bildirir.