Pakistanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Eqazet.online İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki,Pakistanın özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri ilə görüşdə müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Pakistan İslam Respublikasının özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xanla görüşüb.

Görüşdə vurğulanıb ki, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan münasibətləri inkişaf edir. Bu kontekstdə iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial var. Pakistanla qarşılıqlı ticarət əməkdaşlığının möhkəmləndirilməsi mühüm xarakter daşıyır. Ölkələrimiz arasında imzalanmış Preferensial Ticarət Sazişi bu sahədə işbirliyinə töhfə verəcək. Bununla yanaşı, investisiya istiqamətində əməkdaşlığın inkişafı və müxtəlif sahələrə aid birgə layihələr üçün imkanlar müzakirə olunub.  

Tərəflər gündəlikdə olan əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Danimarka Ukraynanın müdafiəsinə necə kömək edir?

Şb Fev 1 , 2025
Eqazet.online xəbər verir ki, Kiçik Şimali Avropa dövləti olan Danimarka Ukraynaya dəstəyini artıraraq, müdafiə sahəsində mühüm rol oynamağa davam edir. Danimarka hökuməti Ukraynaya hərbi yardımı genişləndirərək, silah, texnika və maddi dəstək göstərir. Son aylarda Kopenhagen Kiyevə müasir artilleriya sistemləri, hava hücumundan müdafiə vasitələri və digər hərbi texnika tədarük edib. Bundan […]

Bəyənə bilərsən