Sabah Yer kürəsini maqnit qasırğası vuracaq

Yanvarın 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.

Eqaet.online Oxu.Az-a istinadən xəbər verir ki, “Komsomolskaya Pravda” nəşrinin yazdığına görə, bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyasının rəsmi saytında təqdim olunan qrafiklər göstərir.

Həmçinin “Podmoskovye segodnya” internet nəşri maqnit qasırğasının saatlar üzrə proqnozunu təqdim edib.

Təqdim olunan məlumatlara əsasən, maqnit sferasının kiçik dalğalanması yanvarın 24-də saat 15:00-da (Bakı vaxtı ilə 16:00-da) başlayıb gecəyarısına qədər davam edəcək. Yanvarın 25-də isə saat 0:00-dan 3:00-dək (Bakı vaxtı ilə 1:00-dan 4:00-dək) maqnitosfer qırmızı zonaya qalxacaq, lakin G1 səviyyəsinə çatmayacaq (zəif qasırğa).

Yanvarın 25-də saat 3:00-dan 6:00-dək (Bakı vaxtı ilə 4:00-dan 7:00-a qədər) maqnitosfer sakit vəziyyətdə olacaq, lakin saat 6:00-dan (Bakı vaxtı ilə 7:00-dan) etibarən göstəricilər, demək olar ki, G2 səviyyəsinə (orta qasırğa) qalxmağa başlayacaq. Saat 9:00-dan (Bakı vaxtı ilə 10-dan) etibarən dalğalanma səngiməyə başlayacaq, 12:00-da isə sarı zonada olacaq. Maqnit qasırğasının təxminən altı saat sonra, saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) sona çatacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İngiltərə Premyer Liqası: “Liverpul” autsayderi darmadağın edib

Şb Yan 25 , 2025
İngiltərə Premyer Liqasının 23-cü turunda “Liverpul” evdə çempionatın autsayderi “İpsviç”i qəbul edib. “Eqazet.online” xəbər verir ki, “Enfild”də baş tutmuş oyunu baş hakim Maykl Solsberi idarə edib. Matçda hesab erkən açılıb: 11-ci dəqiqədə “qırmızılar”ın macarıstanlı yarımmüdafiəçi Dominik Soboslai dəqiq zərbə endirərək qapıçı Kristian Voltonu məyus edib. 35-ci dəqiqə misirli Məhəmməd Salah […]

Bəyənə bilərsən