Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ölkəmizdə səfərdədir

Səudiyyə Ərəbistanı Krallığının  Naif Ərəb Təhlükəsizlik Elmləri Universitetinin prorektoru Abdulrazaq Al-Morjanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Səfər çərçivəsində Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi polkovnik Nizami Mövlanov qonaqlarla görüşüb.
Nümayəndə heyətinə Azərbaycan Ordusunda hərbi təhsil sistemi və bu sahədə aparılan islahatlar barədə ətraflı məlumat verilib. Qonaqlara Vətən müharibəsindən bəhs edən videoçarx təqdim olunub.
Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Səfər çərçivəsində qonaqlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin təlim şəhərcikləri, atış meydanları, trenajor bölməsi ilə tanış olublar.Mənbə: https://mod.gov.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

DİF-in 4Sİ Mərkəzləri Şəbəkəsinin “Təsir Hesabatı” dərc olunub

C Yan 24 , 2025
Eqazet.online xəbər verir ki, Davos Forumu çərçivəsində dərc olunan Dünya İqtisadi Forumunun “Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin 2023-2024-cü illər Təsir Hesabatı”nda Şəbəkəyə üzv olan mərkəzlərin süni intellekt, enerji keçidi, biotexnologiya və rəqəmsal iqtisadiyyat üzrə fəaliyyəti qiymətləndirilib. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin […]

Bəyənə bilərsən