“Ermənistan Kəşfiyyat Xidmətindən Azərbaycanla Bağlı Yeni İddialar”

Ermənistan Xarici Kəşfiyyat Xidməti 2025-ci il üçün xarici risklərə dair illik hesabat dərc edib.

Eqazet.online saytı Ölkə.Az-a istinadən xəbər verir ki, hesabatın “Hərbi risklər” bölməsində Ermənistanla Azərbaycan arasında genişmiqyaslı hərbi əməliyyatların olacağı ehtimalı yüksək qiymətləndirilmir.

Qeyd olunur ki, iki ölkə arasında sülh müqaviləsi və dövlətlərarası münasibətlər olmadıqca sərhəddə lokal gərginlik və eskalasiya riski davam edəcək.

Sənəddə qeyd edilib ki, genişmiqyaslı hərbi əməliyyatların, lokal toququşma və gərginliyin olması risklərinin azaldılmasının müəyyən təminatı 2024-cü ildə başlayan delimitasiya və demarkasiya prosesinin davam etdirilməsi ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb

Ca Yan 23 , 2025
Eqazet.online Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,Yanvarın 23-də Azərbaycan Ordusu Quru Qoşunların komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüşdə Azərbaycan-Pakistan arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin hərbi […]

Bəyənə bilərsən