Prezident: Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir

Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir.

“EQazet”in məlumatına görə, bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Cinayət işinin bütün materiallarını açıqlamaq istəmirəm, onun ilkin təhqiqatı və nəticələri mənə məruzə edilib. Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik”, – İlham Əliyev vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

“Google”un Azərbaycandakı bazar payı 8 %-dən çox azalıb

Be Yan 6 , 2025
Son illərdə texnologiya sektorunda baş verən dəyişikliklər və rəqabətin artması “Google”un Azərbaycandakı bazar payına təsir göstərib. Aparılan son araşdırmalara əsasən, “Google”un ölkə üzrə axtarış motorları bazarındakı payı 8 %-dən çox azalıb. Analitiklər bu azalma səbəbini bir neçə amillə izah edirlər. İlk olaraq, yerli alternativlərin inkişafı və onların daha çox istifadəçi […]

Bəyənə bilərsən