Laçın istiqamətində Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Laçın istiqamətində yanvarın 6-sı saat 14:10 radələrində Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub.

Bu barədə “EQazet”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.

Qeyd edək ki, ötən gün də Ermənistan silahlı qüvvələri Laçının Zabux və Cağazur yaşayış məntəqələrini atəşə tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İlham Əliyev: Təyyarə qəzası ilə bağlı cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir

Be Yan 6 , 2025
Prezident İlham Əliyev bəyan edib ki, təyyarə qəzası ilə bağlı cinayət işinin ilkin araşdırması onun səsləndirdiyi versiyanı bir daha təsdiqləyir. “Eqazet”in məlumatına görə, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı […]

Bəyənə bilərsən