Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvar ayının 7-də və 8-də İsmayıllı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.Nazir əvvəlcə İsmayıllı rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad […]

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 8 yanvar 2025-ci il tarixli mətbuat konfransında “Qərbi Azərbaycan İcması” və ümumilikdə indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası ilə bağlı səsləndirdiyi iddialar Ermənistan tərəfindən tarixin saxtalaşdırılmasıdır. “EQazet” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan […]

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini vurğulayıb. Türkiyə […]

Novruzun ilk çərşənbəsi fevral ayının 25-nə təsadüf edəcək. “EQazet” xəbər verir ki, Su çərşənbəsi fevralın 25-i, İlaxır çərşənbə-Torpaq çərşənbəsi isə martın 18-i olacaq. Belə ki, fevralın 25-də ilk – Su çərşənbəsi, martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə – Torpaq çərşənbəsi qeyd olunacaq. Qeyd edək ki, yaz […]

Azərbaycan üç gəmi və heyətinin girov götürülməsi ilə bağlı Eritreyaya nota verib. Bu barədə “EQazet”in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə deyib. Vurğulanıb ki, zəruri tədbirlərin görülməsi məqsədilə Eritreyanın ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Azərbaycanın Efiopiya və Rusiyadakı səfirlikləri […]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib. “Eqazet.online” müsahibəni təqdim edir. Azərbaycan Televiziyasından Vüsal Mətləb: Xoş gördük, cənab Prezident. Əvvəlcə, icazənizlə, artıq ənənəyə çevrilmiş bu müsahibə formatına görə Sizə təşəkkür etmək istəyirik. Çünki bu, bizə ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı Sizin fikirlərinizi ətraflı şəkildə öyrənmək imkanı yaradır. […]

Türkiyənin Milli Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığının Qərargah rəisi, diviziya generalı Metin Tokel Azərbaycanın İstanbuldakı Konsulluğunda olub. “EQazet” xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva “X”dəki hesabında bildirib. Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında sarsılmaz qardaşlıq bağlarının bundan sonra da möhkəmlənməsi, əməkdaşlığın daha da dərinləşməsi diqqət mərkəzində […]

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb. “EQazet” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları bu ilin yanvarın 1-dən orta hesabla 15 % artırılıb: – Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət […]

2024-cü ildə Azərbaycanda 32 dövlət qurumunun ümumilikdə 134 əməkdaşı haker hücumlarının qurbanına çevrilib. Bu barədə “Eqazet”ə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib. Məlumata görə, bununla yanaşı internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanı olub. Haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla […]