Fevralın 1-də saat 06:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Eqazet.online Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verib. Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri […]

Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb. Eqazet.online xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, rayonunun Hindarx qəsəbəsində baş verən parlayış nəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir): 1. Quliyev Şamiq Əfqan oğlu (1959); 2. Quliyev Bəhruz Şamiq oğlu (1983); 3. Məmmədli Məhəmməd […]

Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında rəhbər heyətdə müavinlər də təmsil olunur. Bəzi icra hakimiyyətlərində isə icra başçısının müavini vəzifəsi mövcud olsa da, bu post hələ boşdur. Eqazet.online xəbər verir ki, İqtisadiyyat.az mövzu ilə bağlı araşdırma aparıb. Araşdırma nəticəsində bəzi icra hakimiyyəti başçılarının ümumiyyətlə müavinsiz fəaliyyət göstərdiyi məlum olub. Bakı Şəhər İcra […]

Xəbər verdiyimiz kimi, 20-24 mart tarixləri Novruz bayramı günləridir. Eqazet.online xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, istirahət günləri bayram günləri üst-üstə düşərsə, həmin istirahət günləri bayram günündən sonrakı iş gününə keçirilir. 22-23 mart tarixləri şənbə və bazar gününə təsadüf edir, ona görə də 25-26 mart tarixləri də qeyri-iş günü olacaq. İki […]

Dövlət orqanları (qurumları), təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil olunacaq. “Eqazet.online” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir. Dövlət Proqramına əsasən, 2025-2026-cı illərdə sözügedən tədbirlərin icrası […]

Bakı metrosunun inkişafı çərçivəsində gələcəkdə 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi planlaşdırılır. “Eqazet.online” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir. “Bu layihələr həm sərnişin axınının rahatlığını təmin edəcək, həm də şəhərin […]

“Təəssüf edirik ki, 29 yanvar 2025-ci il tarixində Senatda müzakirələr zamanı Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro növbəti dəfə Azərbaycanın Fransanın dənizaşırı ərazilərinə qondarma müdaxiləsi ilə bağlı iddialar yaymağa cəhd edib”. Eqazet.online xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və […]

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib. “Eqazet.online” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, orada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə […]

Moskvada dövlət çevrilişi cəhd etməyə çalışan yüksəkrütbəli şəxslərin həbs olunduğu iddia olunur. Eqazet.online xəbər verir ki, bu barədə İsrailin rusdilli internet televiziya kanalı olan İTON TV məlumat yayıb. Məlumatda qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putinin köməkçisi Nikolay Patruşev, ordu generalı Sergey Surovikin və RF prezidentinin köməkçisi işləmiş Vladislav Surkov […]

Gələn aydan etibarən pensiyalarda iki istiqamətdə artımlar həyata keçiriləcək: həm minimum pensiya artırılacaq, həm də əmək pensiyaları indeksləşdiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncama uyğun olaraq minimum pensiya məbləği bu ilin fevral ayından 280 manatdan 320 manata çatdırılacaq. Eqazet.onlinexəbər verir ki, […]