Zelenski: Ukrayna torpağında xarici kontingent sülhün təminatıdır

Rusiyanın Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı qərarlara təsir etmək hüququ yoxdur. Ukrayna torpağında xarici kontingent sülhün təminatıdır.

“Eqazet.online” RBC-Ukraynaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində yazıb.

“Bu kontingentlə bağlı ruslara qulaq asmaq çox pis fikirdir. Kontingent Ukraynada yerləşdirilməlidir. Bu, Ukrayna və Avropa üçün təhlükəsizliyin təminatıdır”-deyə, o bildirib.

Eyni zamanda, Zelenski qeyd edib ki, əgər Vladimir Putin Rusiya ərazisinə hansısa xarici kontingenti yerləşdirmək istəyirsə, bu, onun işidir:

“Ancaq Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı nə isə qərar vermək onun işi deyil”.

Xatırladaq ki, ötən gün Ukrayna ABŞ-ın Rusiya ilə 30 günlük atəşkəs təklifini qəbul edib. Artıq martın 13-də ABŞ rəsmiləri Rusiya tərəfi ilə bu məsələni müzakirə etməyə başlayıblar. Lakin Moskva hələlik yekun cavab verməyib.

Seçmə xəbərlər

Bluesky və Məxfilik Krizi: Süni İntellekt İstifadəçilərin Məlumatlarını Necə İstifadə Edir?

Ukrayna “Long Neptun” raketini sınaqdan keçirib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məxvi Məlumatlar