Azərbaycanda ötən il 16,5 min hektar toxumluq taxıl sahəsinin standartlara uyğun olmadığı aşkarlanıb

2024-cü ildə Azərbaycanda aprobasiya (toxumluq əkinlərin sort təmizliyinin dərəcəsinin təyini) aparılıb, 51,2 min hektar toxumluq taxıl (buğda və arpa) sahəsinin 16,5 min hektarı standartlara uyğun olmadığı üçün çıxdaş edilib.

Eqazet.online” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, 34,7 min hektar ərazi toxumluq taxıl sahəsi kimi qəbul edilib.

İl ərzində 36 təsərrüfat subyekti toxum istehsalçılarının Dövlət Reyestrində qeydiyyata alınıb.

Aprobasiya prosesinin vaxtında və keyfiyyətli aparılması üçün toxumluq əkin sahələri rəqəmsal xəritələşdirilmiş, aprobasiya prosesinin metodik qaydalara uyğun aparılması və bəyan olunmuş sortların sahədə düzgün identifikasiyası üçün kataloq hazırlanıb.

Ümumilikdə 2024-cü ilin toxumluq məhsulu üçün buğda və arpa üzrə 5,1 ton ilkin artırma, 48,7 ton onjinal, 391,5 ton superelit. 2782,7 ton elit, 21818,3 ton R1 və 56906 ton R2 reproduksiyalı toxum sertifikatlaşdırılıb, 192,5 min hektar sahədən 43,2 min nümunə götürülüb və torpağın aqrokimyəvi analizlərinin aparılması üçün Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin regional mərkəzlərinə göndərilərək analizlər aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Mask: “Starship” “Optimus” insanabənzər robotu ilə Marsa 2026-cı ildə göndəriləcək

Şb Mar 15 , 2025
Amerikalı milyarder İlon Mask 2026-cı ilin sonunda göyərtəsində “Optimus” insanabənzər robotunun olacağı “Starship” kosmik gəmisinin Marsa göndəriləcəyini elan edib. “Eqazet.online” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb. “Starship” gələn ilin sonunda Marsa uçacaq, onun bortunda “Optimus” olacaq”, – İ.Mask bildirib və qeyd edib ki, əgər uçuşlar uğurlu […]

Bəyənə bilərsən