Filippinin eks-prezidentinə qarşı ittihamların təsdiqi üzrə dinləmə sentyabrda keçiriləcək

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) sentyabrın 23-də Filippinin eks-prezidenti Rodriqo Duterteyə qarşı ittihamların təsdiqlənməsi üzrə dinləmələr keçirəcək.

“Eqazet.online” TASS-a istinadən xəbər verir ki, bu barədə hakim Yuliya Motok məlumat verib.

“Bütün amilləri, o cümlədən tərəflərin və iştirakçıların məhkəməyə adekvat hazırlaşması zərurəti qiymətləndirildikdən və Dutertenin haqları, o cümlədən ağlabatan müddətdə mühakimə olunmaq hüququ nəzərə alındıqdan sonra ittihamların təsdiqlənməsi üzrə dinləmənin sentyabrın 23-də başlanmasına qərar verilir”, – o deyib.

“Reuters”in məlumatına görə, martın 14-də BCM Dutertenin işi üzrə ilk məhkəmə iclasını keçirib və bu məhkəmədə Filippinin keçmiş prezidenti videobağlantı vasitəsilə iştirak edib.

Hakim Motok bildirib ki, 79 yaşlı Duterte Filippindən Niderlanda uçuşdan sonra yorulub və ona məhkəməni uzaqdan izləməyə icazə verilib.

Sabiq prezidentin maraqlarını vəkili Salvador Medialdea təmsil edir.

İclas Dutertenin prezidentliyi dövründə həyata keçirilən sərt antiterror proqramı ilə bağlı ittihamların araşdırılması çərçivəsində keçirilib. İnsan haqları üzrə təşkilatların məlumatına görə, bu proqram zamanı minlərlə insan məhkəməsiz və istintaqsız öldürülüb./report

Seçmə xəbərlər

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib-VİDEO

Ceyhun Bayramov Şarl Mişellə görüşüb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Məxvi Məlumatlar

“Naturalist” Əməliyyatı: Heydər Əliyevin Kəşfiyyat Sahəsindəki Şah Əsəri və Casusluğa Qarşı Mübarizə

“Naturalist” əməliyyatı, 1955-ci ildə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) tərəfindən həyata keçirilmiş, Sovet təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyan əks-kəşfiyyat əməliyyatıdır. Bu əməliyyatın məqsədi və gedişi, onun detalları, məqsədi və kimlərə qarşı aparıldığı haqqında ətraflı məlumatları...