İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək

İsveç Ukraynaya 18 ədəd çoxməqsədli “Archer” özüyeriyən artilleriya qurğusu və 5 ədəd “Artur” əks-batareyalı radiolokasiya sistemi verəcək.

“Eqazet.online” xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Conson mətbuat konfransında bildirib.

“Ukraynanın artilleriyaya və artilleriya sursatlarına ciddi ehtiyacı var”, – nazir deyib.

Məlumata görə, bu dəstək paketinin ümumi dəyəri 3 milyard kron (300 milyon ABŞ dolları) təşkil edir. Vəsaitlərin bir hissəsi Danimarkanın təşəbbüsü çərçivəsində Ukraynanın müdafiə sənayesinə, o cümlədən 155 mm-lik sursatın və ya Ukraynanın təkərli özüyeriyən “Boqdana” haubitsasının istehsalına yönəldiləcək.

Qeyd edək ki, yardımın ayrılması yanvarın sonunda açıqlanıb və onun təfərrüatları bu gün açıqlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır

Ca Mar 13 , 2025
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kulevi neft terminalının yük dövriyyəsini iki dəfə artıraraq illik 4 milyon tona çatdırmağı hədəfləyir. “Eqazet.online”ın, terminalda sıxılmış qaz və neft-kimya məhsullarının emalının təşkili də nəzərdən keçirilir. Layihə çərçivəsində terminalın infrastrukturu təkmilləşdiriləcək, yük çeşidi genişləndiriləcək və regionun enerji tranziti imkanları gücləndiriləcək. Terminal rəhbərliyi Qazaxıstan, Türkmənistan və Rusiyadan enerji daşıyıcılarının tranziti üçün […]

Bəyənə bilərsən