- İran və ABŞ arasında danışıqlar başlayıb.
Eqazet.online xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Nüvə danışıqları ilə bağlı bizdə bir plan və düşünülmüş strategiya mövcuddur. Danışıqlar vasitəçilər vasitəsilə davam edir, eyni zamanda Böyük Britaniya, Almaniya və Fransa ilə əməkdaşlıq kanalı da saxlanılır”,- o qeyd edib.