Ağız qoxusunu necə yox etmək olar?

Bir çox insanda ağız qoxusu ciddi problemə çevrilir. Bu onlarda cəmiyyət arasında diskamfort hissi yaşamağa səbəb olur. Problemin isə ortaya çıxma səbəbləri müxtəlifdir. Bəzən bu, sadəcə ağız gigiyenasına düzgün qulluq etməməkdən, bəzən isə hansısa xəstəliklərin göstəricisi kimi ortaya çıxır.

Kifayət qədər ağıza qulluq edilmədikdə, ağız içində yaranan infeksiyalar, siqaret və alkoqol istifadəsi başlıca səbəblərdəndir. Həmçinin ağız quruluğu, diş və diş əti problemləri, nəfəs yolu infeksiyaları, diabet, böyrək, qaraciyər və ağciyər xəstəlikləri kimi sistemik xəstəliklər və reflüks kimi həzm sistemi xəstəlikləri də buna səbəb ola bilər.

Neçə cür ağız qoxusu var?

Fizioloji ağız qoxusu
Fizioloji ağız qoxusuna səhər qoxusu da deyilir. Yeyilən və içilən qidaların səbəb olduğu qoxu çox zaman yemək qalıqlarının dilin üzərinə yapışmasından qaynaqlanır. Qalıcı deyil.

Patoloji qoxu
Ağız içi qaynaqlı olan qoxuların səbəbi diş və diş əti xəstəlikləridir. Ancaq ağızdan əlavə, burun, boğaz, ya da yuxarı tənəffüs yollarında yaşanan problemlər də ağız qoxusu yarada bilir.

Halitofobiya
Ağız qoxusu olan xəstə müalicə olunduqdan sonra da ağzında qoxu olduğunu hiss edər. Ancaq bu, psixoloji bir vəziyyətdir, çünki şəxsin ağız qoxusu olduğunu göstərən heç bir səbəb yoxdur. Psixoloji dəstəklə problem həll oluna bilər.

Qaraciyər çatışmazlığı və bənzəri qaraciyər xəstəlikləri də ağız qoxusuna yol açır.
Təmizlənməyən diş protezləri də ağız qoxusuna səbəb olur.

Tüpürcək vəziləri ilə əlaqədar xəstəliklər və ya mütəmadi ağızdan nəfəs alan şəxslərdə tüpürcək azlığı səbəbi ilə ağız qoxusu yarana bilər.
Sinus və ağciyər infeksiyaları, böyrək çatışmazlığı da ağız qoxusuna səbəb olur.

Ağız qoxusu necə keçir?

  • Gün ərzində iki dəfə dişlərinizi fırçalayın
  • Diş aralarında yığılan yemək qalıqlarından azad olmaq üçün diş ipi istifadə edin
  • 3 aydan bir diş fırçanızı dəyişdirin
  • Dişlərinizi fırçalayarkən dilinizi də fırçalamağı unutmayın
  • Ağıza qulluq suları ilə qarqara edin
  • Şəkərsiz və nanəli saqqız çeynəyin
  • 6 aydan bir dişinizi yoxlatdırın
  • Bol-bol su için
0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Daxili işlər naziri əməliyyat müşavirəsi keçirib

Ç Yan 15 , 2025
Müşavirəni giriş sözü ilə açan general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatının, hərbi qulluqçuların iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.  DİN-in Daxili Qoşunlarının ölkəmizin ərazi bütövlüyünün təmin […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x