BMT Rusiya dövlət başçısı Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında mümkün görüşü alqışlayır. “EQazet” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun Baş katibinin sözçüsü Stefan Dujarrik deyib. O bildirib ki, tərəflərin görüşü ilə bağlı istənilən dialoqu təqdir edir. Qeyd edək ki, daha əvvəl Tramp Putinin onunla […]

İsrail hakimiyyəti və radikal Fələstin “HƏMAS” hərəkatının nümayəndələri atəşkəs və Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı razılıq əldə etməyə yaxındırlar. “Eqazet” xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Entoni Blinken bildirib. “Ümid edirəm ki, iqtidardan ayrılana qədər buna nail olacağıq. Ancaq bunu edə bilməsək, prezident Baydenin təklif […]

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 8 yanvar 2025-ci il tarixli mətbuat konfransında “Qərbi Azərbaycan İcması” və ümumilikdə indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası ilə bağlı səsləndirdiyi iddialar Ermənistan tərəfindən tarixin saxtalaşdırılmasıdır. “EQazet” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan […]

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini vurğulayıb. Türkiyə […]

Azərbaycan üç gəmi və heyətinin girov götürülməsi ilə bağlı Eritreyaya nota verib. Bu barədə “EQazet”in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə deyib. Vurğulanıb ki, zəruri tədbirlərin görülməsi məqsədilə Eritreyanın ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Azərbaycanın Efiopiya və Rusiyadakı səfirlikləri […]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib. “Eqazet.online” müsahibəni təqdim edir. Azərbaycan Televiziyasından Vüsal Mətləb: Xoş gördük, cənab Prezident. Əvvəlcə, icazənizlə, artıq ənənəyə çevrilmiş bu müsahibə formatına görə Sizə təşəkkür etmək istəyirik. Çünki bu, bizə ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı Sizin fikirlərinizi ətraflı şəkildə öyrənmək imkanı yaradır. […]

Türkiyənin Milli Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığının Qərargah rəisi, diviziya generalı Metin Tokel Azərbaycanın İstanbuldakı Konsulluğunda olub. “EQazet” xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva “X”dəki hesabında bildirib. Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında sarsılmaz qardaşlıq bağlarının bundan sonra da möhkəmlənməsi, əməkdaşlığın daha da dərinləşməsi diqqət mərkəzində […]

Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar. “EQazet” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib. Qərbi azərbaycanlıların oradan əsassız qovulduqlarını vurğulayan dövlətimizin başçısı əlavə edib ki, onların qayıtmaları üçün tam hüquqları […]

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan bir məsələyə toxunub. “EQazet” xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib: “Zənnimcə, bu, hər hansı şəkildə böhrandan çıxmağa kömək edəcək. Son bir neçə ay ərzində biz Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alırdıq, mənim […]