Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 8 yanvar 2025-ci il tarixli mətbuat konfransında “Qərbi Azərbaycan İcması” və ümumilikdə indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası ilə bağlı səsləndirdiyi iddialar Ermənistan tərəfindən tarixin saxtalaşdırılmasıdır. “EQazet” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan […]

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini vurğulayıb. Türkiyə […]

Azərbaycan üç gəmi və heyətinin girov götürülməsi ilə bağlı Eritreyaya nota verib. Bu barədə “EQazet”in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə deyib. Vurğulanıb ki, zəruri tədbirlərin görülməsi məqsədilə Eritreyanın ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Azərbaycanın Efiopiya və Rusiyadakı səfirlikləri […]

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan bir məsələyə toxunub. “EQazet” xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib: “Zənnimcə, bu, hər hansı şəkildə böhrandan çıxmağa kömək edəcək. Son bir neçə ay ərzində biz Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alırdıq, mənim […]

Bu gün dünya pravoslavları Milad bayramını qeyd edirlər. “EQazet” xatırladır ki, xristian aləminin ən əlamətdar və təntənəli mərasimlərindən sayılan Milad bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Dünya xristianları mənsub olduqları məzhəblərə görə bu bayramı müxtəlif günlərdə (25 dekabr (katoliklər) və 6-7 yanvar (pravoslavlar)) keçirirlər və […]

ABŞ-ın Kentukki, Virciniya, Kanzas, Arkanzas və Missuri ştatlarında güclü qar, buzlanma, güclü yağış və tufan səbəbilə fövqəladə vəziyyət elan edilib. EQazet.online xəbər verir ki, yaranmış hava şəraitinin təxminən 62 milyon insana təsir edəcəyi bildirilir. Fırtına gözlənilən 30 ştatda həyəcan vəziyyəti elan edilərək vətəndaşlara evdə qalmaq tövsiyə edilib. Bundan başqa ABŞ-da 1500-ə […]

ABŞ tarixinin ən qalmaqallı və böyük dəyişiklərlə dolu dövrünü yaşayır. 2025-ci ilin yanvar ayının 20-də keçiriləcək inaqurasiya mərasimindən sonra Donald Tramp ikinci dəfə ABŞ prezidenti kimi fəaliyyət göstərəcək. İş adamı kimi dünya biznesində tanınan Tramp “Amerikanı yenidən daha böyük edək!” devizi ilə dünyada sülhün bərpası və iqtisadi dirçəlişi fəaliyyətinin prioritet […]

İsrail danışıqlar zamanı Qəzza zolağı ilə bağlı müzakirə olunan razılaşma çərçivəsində radikalların azad etməyə hazır olduqları girovların siyahısını hələ də “HƏMAS”dan almayıb. EQazet xəbər verir ki, bu barədə “TASS”a İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Qendelman bildirib. “Danışıqlar zamanı İsrail oğurlanan heç bir vətəndaşının adını almayıb”, – deyə o […]

ABŞ ordusu Suriyanın şimalındakı Kobani şəhərində (Ayn əl-Ərəb) Türkiyə ilə sərhəddə, terrorçu Xalq Müdafiə Birliklərindən (YPG) olan kürd müttəfiqinə kömək etmək üçün baza tikir. Eqazet.online xəbər verir ki, məlumatı “Middle East Monitor” yayıb. Yerli mənbələr Kobaniyə beton istehkamları daşıyan karvanların və ABŞ ordusunun böyük karvanının şəhərə gəldiyini əks etdirən şəkillər və […]

Mayk Conson (Luiziana ştatından olan respublikaçı) səsvermənin birinci turunda ABŞ Nümayəndələr Palatasının sədri vəzifəsinə yenidən seçilib. EQazet xəbər verir ki, 52 yaşlı Conson yeni, 119-cu Konqres cümə günü işə başlayan kimi Nümayəndələr Palatasının əksər üzvlərinin (218) dəstəyini qazanıb. İlkin olaraq, səsvermənin birinci turunda Respublikaçılar Partiyasından olan Nümayəndələr Palatasının üç üzvü […]