Bu il aprelin 30-na bankların qeyri-işlək kreditlərinin həcmi 734.1 milyon manat olub. Eqazet.online xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı statistakaya görə, bu, 1 ay əvvələ – 31 marta görə 24,2 milyon manat çoxdur. Biznes kreditlərində 1,8 milyon manat artaraq 393 milyon manata, istehlak kreditlərində isə 22,8 milyon manat artaraq […]

Ötən gün narkotiklərlə bağlı bir sıra əməliyyat tədbirləri keçirilib. Bu barədə Eqazet.online-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 27-də ümumi çəkisi 9,5 kiloqramdan artıq narkotik vasitə, 21 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, […]

Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Eqazet.online xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. *** 11:25 Bu dəqiqələrdə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir. […]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Laçın Beynəlxalq Hava Limanına eniş edib. Eqazet.online xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. *** 09:42 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşdü. Eqazet.online xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda […]

Ermənistanla sülhün imzalanması üçün iki şərt var və Ermənistan gec-tez bu şərtlərlə razılaşacaq. “Eqazet.online” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib. Dövlət başçısı qeyd edib ki, Ermənistan mütləq Konstitusiyasında dəyişiklik etməli və ATƏT-in Minsk qrupu ləğv olunmalıdır.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Bu barədə Eqazet.online-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu gecə 15-18° isti, […]

İtaliya Ukraynaya yeni hərbi yardım paketi hazırlayıb. “Eqazet.online” xəbər verir ki, bu barədə “Il Messaggero” və “Defense Express” nəşrləri məlumat yayıb. Yardımın M113 tipli tırtıllı zirehli transportyorların İtaliya versiyası olan “VCC-2 Camilino”nu əhatə edəcəyi gözlənilir. “Il Messaggero” nəşrinin yazdığına görə, İtaliya həmçinin Ukraynaya əməliyyatların planlaşdırılmasına kömək edəcək “peyk müşahidə sistemi” ilə […]

Türkiyədə 75 milyard kubmetr təbii qaz ehtiyatına malik yataq kəşf olunub. “Eqazet.online” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. Prezident bildirib ki, “Göktepe 3” ərazisində 3 500 metr dərinlikdə 49 günlük qazma işləri yekunlaşıb: “Burada 75 milyard kubmetrlik ehtiyata malik yataq kəşf etdik. Qaz yatağının iqtisadi dəyəri 30 […]

Dövlət qulluqçularının reyestri aparılacaq. “Eqazet.online” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. Fərmanla dövlət qulluqçularının reyestrinin aparılması qaydası təsdiqlənib.  Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll edəcək. Dövlət orqanları və “Publik hüquqi şəxslər haqqında” qanunun 6.4-cü maddəsinə uyğun olaraq müvafiq […]

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. “Eqazet.online” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı səsləndirib. “Biz açıq-aydın başa düşürdük və görürdük ki, hansı qüvvələr Ermənistana dəstək verir, […]