İngiltərə Premyer Liqası: “Liverpul” autsayderi darmadağın edib

İngiltərə Premyer Liqasının 23-cü turunda “Liverpul” evdə çempionatın autsayderi “İpsviç”i qəbul edib.

“Eqazet.online” xəbər verir ki, “Enfild”də baş tutmuş oyunu baş hakim Maykl Solsberi idarə edib.

Matçda hesab erkən açılıb: 11-ci dəqiqədə “qırmızılar”ın macarıstanlı yarımmüdafiəçi Dominik Soboslai dəqiq zərbə endirərək qapıçı Kristian Voltonu məyus edib. 35-ci dəqiqə misirli Məhəmməd Salah komandasının ikinci, özünün isə mövsümdə 19-cu qolunu qeydə aldırıb. Birinci hissəyə isə niderlandlı hücumçu Kodi Qakponun qolu ilə yekun vurulub – 3:0.

İkinci hissə də Arne Slotun yetirmələrinin hücumları ilə başlayıb. Bunun nəticəsidir ki, 66-cı dəqiqədə Kodi Qakpo dubla imza ataraq hesabdakı fərqi artırıb. “Traktorçular”ın isə gücü cəmi bir qola çatıb: 90-cı dəqiqədə Ceykob Qrivz başla topu qapıya göndərib – 4:1.

Turun digər qarşılaşmalarında isə “Arsenal” səfərdə “Vulverhempton”dan üstün olub – 0:1, “Sauthempton” – “Nyukasl” matçında “müqəddəslər”in növbəti məğlubiyyəti qeydə alınıb – 1:3, “Brayton” evdə “Everton”a yenilib – 0:1, “Bornmut” isə bu mövsüm fövqəluğurlu çıxışları ilə seçilən “Nottingem Forest”i darmadağın edib – 5:0.

Turun mərkəzi qarşılaşması Mançesterdə baş tutacaq: “Mançester Siti” “Çelsi”ni sınağa çəkəcək.

Qeyd edək ki, turnirin cədvəlinə 53 xala malik “Liverpul” liderlik edir. “Qırmızılar”ın ən yaxın təqibçisi isə 47 xalı olan “topçular”dır, lakin “Liverpul”un ehtiyatında bir oyun var. İlk üçlüyü “meşəçilər” (44 xal) qapayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - Pul ayrıldı

Şb Yan 25 , 2025
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən Zaqatala rayonunda yeni fərdi yaşayış evlərinin tikintisinə başlanılır. “Eqazet.online” Trend-ə istinadən xəbər verir ki, həmçinin rayon ərzisində bina və fərdi yaşayış evlərinin bərpası işləri də həyata keçiriləcək. Belə ki, artıq bununla bağlı nazirlikdə rayon ərazisində […]

Bəyənə bilərsən