Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 4-10 aprel tarixlərində keçiriləcək. Eqazet.online xəbər verir ki,bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. “Vakansiya seçimi zamanı ilkin olaraq […]

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə əmək qanunvericiliyinin tələbləri əsas götürülməklə müəllimlərin attestasiyasına başlanılıb. Eqazet.online xəbər verir ki, attestasiyanın ilk mərhələsi Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib. […]

Aprelin 1-də təhsil müəssisələrində həftənin 5-ci gününə aid dərslər tədris olunacaq. Eqazet.online xəbər verir ki, Baş nazir Əli Əsədovun Qərarına əsasən, 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bu səbəbdən aprelin 1-i təhsil müəssisələrində həftənin 5-ci gününə aid […]

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 26, 27 və 29 mart tarixləri iş günləri hesab ediləcək. Eqazet.online xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Qərara görə, beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 1 aprel […]

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant Çin dili üzrə tədrisin növbəti mərhələsinin açılışı keçirilib. “Eqazet.online” xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao, universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbirin açılışında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor […]

Martın 12-də “Quacquarelli Symonds” reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib. Eqazet.online oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan universitetləri, ümumilikdə, 5 fənn sahəsində təmsil olunub və irəliləyib. Bakı Dövlət Universiteti “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təmsil olunub, o cümlədən ilk dəfə “Riyaziyyat” ixtisası üzrə […]

Son iki il ərzində 5300 müəllim sertifikatlaşma imtahanlarında uğur qazanmadığından işindən kənarlaşdırılıb. Eqazet.online Axar.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında “Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər” adlı panel sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, müəllimlərlə aparılan iş ağrılı […]

“Son illər təhsil sahəsində rəqəmsallaşma sürətlə gedir. Elm və təhsil nazirinin məktəblərdə kağız jurnalların elektron formata keçiriləcəyi ilə bağlı açıqlaması bu prosesin tərkib hissəsidir. Amma təbii ki, hər yenilik kimi bu keçid də müəyyən çətinliklər yaradacaq”.  Eqazet.online xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi […]

Eqazet.online xəbər verir ki, 1. 4-cü sinfə qədər imtahan yoxdurYaponiyada 4-ci sinfə qədər şagirdlər imtahan vermir. Məktəblərdə müəllimlər uşaqların savadlarını ölçmək yerinə, ilk 3 il onun xarakterinin formalaşmasına, etiket qaydalarını öyrənməsinə daha çox önəm verir. Uşaqlara insanlara sayğı, təbiətə və heyvanlara sevgi, hamı ilə nəzakətli davranmağı, avtomobil qaydalarına əməl etmək, […]

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçirilib. “Eqazet.online” DİM-ə istinadən xəbər verir ki, İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil […]