Bərdədə yanğınla nəticələnən yol qəzası olub. Bu barədə “Eqazet.online”a FHN-dən məlumat verilib. Qeyd olunub ki, “Chevrolet” markalı minik avtomobilinin idarəetməni itirərək ağaca çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Cəmiyyət
Astrologiya sirlərlə doludur və ən maraqlı suallardan biri hansı bürclərin həqiqətən təhlükəli olmasıdır? Onların bəzilərində hörmət tələb edən parlaq xarizma, digərlərində isə isti xasiyyət var. Bununla belə, xoşməramlılıq və sakitlik maskası altında əsl mahiyyətini məharətlə gizlədən bürc var. Eqazet.online baku.ws-ə istinadən xəbər verir ki, Əqrəb öz əsl mahiyyətini ustalıqla gizlətməyi bilən sirli bürcdür. […]
Bakıda bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Eqazet.online xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək Emin İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Vəkil müdafiə çıxışı […]
Bir saatlıq qəlyan istifadəsi 100-dən çox siqaret çəkmək qədər zərərli ola bilər. “Eqazet.online” xəbər verir ki, həkim Suraj Kukadia qəlyanın siqaretdən daha az zərərli olduğu mifini tamamilə məhv edərək bu vərdişin ciddi sağlamlıq problemlərinə səbəb olduğunu açıqlayıb. Həkimin sözlərinə görə qəlyan çəkmək də siqaret kimi ürək xəstəlikləri, insult, xərçəng və […]
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Dərnəgül” taxta bazarı adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Eqazet.online FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz […]
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən martın 14-də Salyan şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib. Bu barədə “Eqazet.online”a FHN-dən məlumat verilib. Bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Azərbaycan Rəssamlar İttifaqı və VarYox mədəniyyət və incəsənət platforması birgə əməkdaşlıq çərçivəsində qadınların bədii təcrübələrini vurğulamağa həsr olunmuş illik “Her Art in Action” festivalının builki buraxılışını təqdim edib. “Eqazet.online” AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu […]
Parkinson xəstəliyi beyində dopamin istehsal edən sinir hüceyrələrinin məhv olması nəticəsində yaranır. Dopamin hərəkətə nəzarət edən əsas neyrotransmitterlərdən biridir və onun çatışmazlığı nəticəsində hərəkət pozğunluğu baş verir. Bu xəstəlik adətən yavaş inkişaf edir və ilk mərhələlərdə fərq edilməyə bilər. Lakin zamanla simptomlar daha da güclənir və xəstənin həyat keyfiyyətini ciddi […]
Azərbaycanda son 24 saatda bir neçə rayonda zəlzələ qeydə alınıb. Saat 04:01-də İsmayıllı rayonunda 3,7 maqnitudalı zəlzələ olub, ancaq yeraltı təkanlar hiss edilməyib. Ardınca səhər saatlarında Lerik rayonunda 4 bal gücündə zəlzələ baş verib. Rəsmi açıqlamada bildirilir ki, zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub. […]
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib. “Eqazet.online” xəbər verir ki, müraciətdə vətəndaşlara maksimum ehtiyatlı davranmaq, mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmamaq tövsiyə edilir. “Təhlükəli sahələrə daxil olmayın, atılıb qalmış sursatlara toxunmayın, həyatınızı minaya qurban verməyin. Heç vaxt mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmayın, […]