ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Azərbaycan Dəmir Yolları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu barədə “Eqazet.online”a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Qeyd olunub ki, iyunun 5-də Bakı–Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100 % doluluqla (530 sərnişin) yola düşüb.

Həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

Artan sərnişin tələbatı nəzərə alınaraq, 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Peskov: Rusiya gecə zərbələri ilə Ukraynanın hücumlarına cavab verdi

C İyn 6 , 2025
Rusiyanın Ukraynadakı hərbi obyektlərə kütləvi zərbələri qarşı tərəfin hücumlarına cavabdır. Eqazet.online xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Rusiya Federasiyasının Ukraynadakı hərbi obyektlərə kütləvi gecə zərbəsi Kiyev rejiminin terror aktlarına cavabdır”, – Peskov qeyd edib.

Bəyənə bilərsən