Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb

Avropa İttifaqının (Aİ) “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb.

“Eqazet.online” xəbər verir ki, fevralın 12-i saat 10:09-da Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə 2 ədədinin üzərində Avropa İttifaqının və 1 ədədinin üzərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bayrağının olduğu 3 ədəd yolsuzluq avtomobili və Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd “UAZ Patriot” markalı avtomobilin gəlməsi, 2-i hərbçi və 4-ü mülki şəxs olmaqla ümumilikdə 6 nəfər şəxsin ərazidə müşahidə aparması, digər döyüş mövqeyinə hərəkət edərək Azərbaycan mövqeləri istiqamətində foto və videoçəkiliş etməsi Azərbaycan tərəfindən qeydə alınıb.

Missiya nümayəndələri saat 11:54-də ərazini tərk edərək geri qayıdıblar.

Aİ və BQXK-nın nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.

Seçmə xəbərlər

Fransada Uçuş Qiymətləri Artacaq: Hökumət Hava Nəqliyyatı Vergisini Üçqat Artırır

Dünyada qlobal hərbi xərclər 2,46 trilyon dollara çatdı – HESABAT

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Məxvi Məlumatlar

“Naturalist” Əməliyyatı: Heydər Əliyevin Kəşfiyyat Sahəsindəki Şah Əsəri və Casusluğa Qarşı Mübarizə

“Naturalist” əməliyyatı, 1955-ci ildə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) tərəfindən həyata keçirilmiş, Sovet təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyan əks-kəşfiyyat əməliyyatıdır. Bu əməliyyatın məqsədi və gedişi, onun detalları, məqsədi və kimlərə qarşı aparıldığı haqqında ətraflı məlumatları...