Netanyahu: İsrail HƏMAS-ı məhv edəcək və bütün əsirləri geri qaytaracaq

İsrail HƏMAS hərəkatını məhv edəcək və radikalların Qəzza zolağında saxladığı bütün əsirləri geri qaytaracaq.

“Eqazet.online” xəbər verir ki, bunu ABŞ-də səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib.

“Biz (İsrail – red.) HƏMAS-ı məhv edəcəyik və əsirləri geri qaytaracağıq. Bunun üçün hər şeyi edəcəyik”, – Baş nazir bildirib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında Vaşinqtonun Qəzza zolağını geri almağa və Fələstin anklavını təmizləməyə başlamağa hazır olduğunu bildirib.

Fələstin hərəkatının Siyasi Bürosunun üzvü Basem Naim deyib ki, Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs razılaşması pozulmaq təhlükəsi ilə üz-üzədir.Məlumata görə, sövdələşmə təhlükə altındadır.

Qeyd olunur ki, tərəflər hələ fevralın 3-də başlamalı olan Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı sazişin icrasının ikinci mərhələsi üzrə danışıqlara başlamayıblar.

Xatırladaq ki, Qəzza zolağında atəşkəs yanvarın 19-da qüvvəyə minib.

Seçmə xəbərlər

Zelenski: “Gəlin anlaşaq” – Trampa mineral tərəfdaşlıq təklifi və təhlükəsizlik axtarışı

Moskva Londona rəsmi nota göndərib – Zaxarova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Məxvi Məlumatlar

“Naturalist” Əməliyyatı: Heydər Əliyevin Kəşfiyyat Sahəsindəki Şah Əsəri və Casusluğa Qarşı Mübarizə

“Naturalist” əməliyyatı, 1955-ci ildə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) tərəfindən həyata keçirilmiş, Sovet təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyan əks-kəşfiyyat əməliyyatıdır. Bu əməliyyatın məqsədi və gedişi, onun detalları, məqsədi və kimlərə qarşı aparıldığı haqqında ətraflı məlumatları...