“Azəriqaz” abonent uçotu sistemlərində yeni tariflərin tətbiqinə start verib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib.

 EQazet bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, proqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə yanvarın 2-dən alınan qazın dəyəri yeni tariflərlə hesablanaraq növbəti ödənişlərdə nəzərə alınacaq.

“Mexaniki sayğaclar üzrə göstəricilər 2025-ci ilin ilk oxunuşunda yeni tariflərə uyğun olaraq hesablanacaq. İstehlakçılar tərəfindən yeni tariflə hesablamalar barədə yaranacaq sual və ya şikayətlərə “Azəriqaz”ın Tarif Komissiyasında müvafiq qaydada baxılacaq”, – İB bildirir.

Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, əhali üzrə illik istehlak həcmi 1 200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2 %) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1 200 kubmetrdən 2 500 kubmetrədək olan hissə üçün qəpik (10 %) artırılaraq 20 qəpikdən 22 qəpik, 2 500 kubmetrdən çox olan hissə üçün 5 qəpik (20 %) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

Həmçinin, 1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7 %) artırılıb.

Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir.
– 48 % abonent üzrə – 32 qəpik,
– 39 % abonent üzrə – 1 manat 43 qəpik,
– 13 % abonent (daha çox istehlak edən) üzrə – 7 manat 46 qəpik.

Göründüyü kimi, əhalinin 48 %-i üçün 1 kubmetr təbii qazın tarifi maksimum aşağı səviyyədə – 0,5 qəpik (yarım qəpik, 4,2 %) artırılıb.
Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1 %) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kubmetr təbii qazın tarifi 2 qəpik (%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.

Qərar yanvarın 2-dən qüvvəyə minib.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Tokayev: AZAL-ın təyyarəsinin qara qutularının Braziliyaya göndərilməsi ədalətli istintaq üçün yeganə vasitədir

C Yan 3 , 2025
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin uçuş registratorlarının şifrəsinin açılması üçün Braziliyaya verilməsi istintaqın qərəzsizliyi üçün yeganə düzgün həll yoludur. EQazet-in məlumatına görə, o, bu barədə “Ana dili” qəzetinə müsahibəsində bildirib. “Hökumət komissiyası gəminin istehsal olunduğu Braziliyaya uçuş registratorlarını deşifrə etmək qərarına gəlib. Mən əminəm […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x