Mərciməyin faydaları

Mərcimək (latınca «lens culinaris») paxlalılar fəsiləsindən birillik bitki cinsidir. Vətəni həm Avropa, həm də Asiyadır. Hətta, qədim Misir piramidalarında da mərciməyin qalıqları tapılmışdır. Yarpaqları yaşıl, çiçəkləri ağ, çəhrayı, bənövşəyidir. Toxumlarının ölçüsünə görə həm iritoxumlu, həm də xırdatoxumlu mərciməklər var. Ən çox məlum olan növləri qırmızı, sarı, yaşıl mərciməkdir. Mərcimək ən çox Avropa, Asiya, Afrika ölkələrində yayılmışdır. İstisevən bitki olduğu üçün isti yerlərdə daha çox yetişir. İyun, iyul aylarında çiçək, avqust-sentyabr aylarında isə meyvə verir. Mərcimək təkcə zülalla yox, nişasta ilə də zəngindir. Mərciməyin tərkibində 30%-ə qədər zülal, 60%-ə qədər nişasta mövcuddur. Mərciməyin tərkibində B1, B2, B9 vitaminləri, dəmir, kalsium, fosfor minerallari var. Daha maraqlı bir fakt isə budur ki, mərciməyin tərkibində olan zülal ətin tərkibində olan zülaldan daha çoxdur. Qədim dövrdə mərciməkdən dərman bitkisi kimi də istifadə edilmişdir. Digər tərəfdən mərcimək qədim Romada mədə-bağırsaq dərmanı kimi istifadə edilmişdir. Qədim Romada mərcimək ən yaxşı sakitləşdirici dərman kimi də məlum olmuşdur. Bu gün mərciməyin təkcə özündən yox, unundan və yarmasından da geniş istifadə olunur.

Faydaları:

  • Müqavimətin artması
  • İmmunitetin möhkəmlənməsi
  • Ürək-damar xəstəliklərinin müalicəsi
  • Mədə-bağırsaq xəstəliklərinin müalicəsi
  • Halsızlığın aradan qaldırılması
  • Mənfi enerjinin azalması
  • Qan azlığının aradan qaldırılması
  • Şəkərin miqdarının azalması
  • Xolesterolun miqdarının azalması
  • Böyrək daşlarının salınması
  • Aritmiyanın aradan qaldırılması
  • Hipertoniyanın aradan qaldırılması
  • Qaraciyər xəstəliklərinin müalicəsi
  • Qanın zərərli maddələrdən təmizlənməsi
  • Sümüklərin möhkəmlənməsi
  • Sinirlərin möhkəmlənməsi
  • Əzələ ağrılarının aradan qaldırılması
  • Babasil xəstəliklərinin müalicəsi
  • Bundan başqa mərcimək, antikanserogen və antioksidant xassələri ilə də məlumdur. 
0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Brokkoli xərçəngə qarşı faydaları

Ca Yan 30 , 2025
Brokkoli xərçəngə qarşı əla profilaktik vasitədir.Brokkoli-gül kələminin yarımnövüdür.Bir illik bitkidir. Vətəni Kiçik Asiya və Şərqi Aralıq dənizdir. Bu bitki xüsusilə vitamin C ilə zəngindir. O, romalılar tərəfindən yetişdirilmiş, İtaliya və Fransa məşhur olmasına baxmayaraq, ABŞ-da onu yalnız ΧΧ əsrin əvvəlində tanımışlar.Brokkoli sərin, rütubətli iqlimdə daha yaxşı inkişaf edir. Brokkolinin iki […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x