Metropolitenin iş rejiminə dəyişikliklər ediləcək

Yanvarın 20-də Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.

“Eqazet.online” bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Bildirilib ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar”, həmçinin Şəhidlər Xiyabanına ən yaxın məsafələrdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri görülməklə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

“Qeyri-iş günü olduğundan qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə verilmək üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Saat 12:00-da qatarların hərəkəti dayandırılacaq və qatarlardan siqnal veriləcək, şəhidlərin xatirəsi 1 dəqiqə mərasimlə anılacaq”.

Qeyd edək ki, 35 il əvvəl yanvarın 19-dan 20-nə keçən qanlı gecənin günahsız qurbanları arasında “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Rusiya ordusu Ukraynada irəliləyir

Bz Yan 19 , 2025
Rusiya qoşunları Donetsk vilayətinin Vozdvijenka kəndini nəzarətə götürüb. Eqazet.online-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Aktiv hücum hərəkətləri nəticəsində “Mərkəz” qüvvələr qrupunun bölmələri Vozdvijenka yaşayış məntəqəsini nəzarətə götürüb”, – Rusiya hərbi idarəsi qeyd edib.

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x