İsrail 33 girovu azad etməyi planlaşdırır

İsrail hakimiyyəti Fələstinin HƏMAS hərəkatı ilə razılaşmanın birinci mərhələsi çərçivəsində Qəzza zolağından 33 girovun azad edilməsi planı barədə onların ailələrinə məlumat verib.

“Eqazet.online” xəbər verir ki, bu barədə Kan telekanalı məlumat yayıb.

“Bu gün səhər Oğurlanmış Şəxslər üzrə İdarə razılaşmanın birinci mərhələsində azad ediləcək şəxslərin siyahısına daxil edilmiş 33 şəxsin ailələrinə məlumat verib”, – teleradio şirkətinin məlumatında deyilir.

Qeyd olunur ki, ailələrə girovların səhhəti barədə məlumat verilməyib.

Məlum olduğu kimi, razılaşmanın 42 gün davam edəcək birinci mərhələsində Qəzza zolağından bütün qadınlar, o cümlədən hərbçilər, uşaqlar, 50 yaşdan yuxarı kişilər, həmçinin xəstə və yaralı şəxslər azad ediləcək.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 1 %-ə yaxın azalıb

C Yan 17 , 2025
2024-cü ildə Azərbaycanda əsas kapitala 21 milyard 435,1 milyon manat və yaxud 2023-cü illə müqayisədə 0,7 % az investisiya yönəldilib. “Eqazet.online” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 10,2 % azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyalar isə 3,3 % artıb. Ötən il […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x