“Zəfər Qəhrəmanları”ŞƏHİD-Vüqar Ağayev

Vüqar Əhməd oğlu Ağayev (4 mart 1973, Qubadlı rayonu – 1 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Həyatı

Vüqar Ağayev 1973-cü il martın 4-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. Səbahət Ağayeva ilə ailəli idi. Yeganə və Pərvin adında 2 övladı yadigar qaldı.

Hərbi xidməti

Mayor Vüqar Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2008-ci il tarixli 2905 nömrəli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi.

Azərbaycan Ordusunun mayoru olan Vüqar Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Ağayev noyabrın 1-də Qubadlının azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayevə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayev ölümündən sonra “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.

Təltifləri

  •  (26.06.2001) — “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı
  •  (26.06.2006) — “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı
  •  (25.06.2008) — “Hərbi xidmətlərə görə” medalı
  •  (26.06.2008) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
  •  (26.06.2011) — “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı
  •  (26.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
  •  (20.04.2016) — “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı
  •  (26.06.2016) — “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı
  •  (26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
  •  (09.12.2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra)
  •  (15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
  •  (29.12.2020) — “Qubadlının azad olunmasına görə” medalı (ölümündən sonra)

Seçmə xəbərlər

Fələstinlilər və İsraillilər Üçün Yeni Bir Ümid: Qəzza Sazişi Yaxınlaşır

Ehtirasın Zirvəsində: Ən Yüksək Hisslərə Sahib Bürclər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Sübhan Cəbrayılov

Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983, Salyan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün...

Məxvi Məlumatlar