“Zəfər Qəhrəmanları”ŞƏHİD-Şamil Babayev

Şamil Baloğlan oğlu Babayev (26 yanvar 1988, Camaldın, Culfa rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.e

Həyatı

Şamil Babayev 1988-ci il yanvarın 26-da Culfa rayonunun Camaldın kəndində anadan olub. Ailəli idi. Bir övladı var.

Hərbi xidməti

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Şamil Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şamil Babayev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Babayev ölümündən sonra “Zəfər” ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Babayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Babayev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Babayev ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

Təltifləri

  •  (26 iyun 2020) — III dərəcəli “Qüsursuz xidmətə görə” medalı
  •  (9 dekabr 2020) — “Zəfər” ordeni (ölümündən sonra)
  •  (15 dekabr 2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
  •  (25 dekabr 2020) — “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)
  •  (29 dekabr 2020) — “Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)

Seçmə xəbərlər

“Enerjili qalmaq üçün bunları gündəlik rasionunuza əlavə edin!”

20 Yanvar: Azadlıq Yolunun Şanlı Səhifəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Sübhan Cəbrayılov

Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983, Salyan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün...

Məxvi Məlumatlar