Yeməkdən Sonra Yatmağın Zərərləri Nələrdir?

Yeməkdən sonra insanlar adətən yuxululuq hiss edir. Lakin həkimlər yeməkdən dərhal sonra yatmağı tövsiyə etmir.

Mütəxəssislərin fikirinə görə, bu orqanizmdə ciddi pozulmalara səbəb ola bilər.

Belə ki, yeməkdən sonra yatan insanlarda reflüks-ezofagit xəstəliyinin riski artır. Mədə dolu olarsa, uzanaq vəziyyətdə yemək mədədən geriyə — qida borusuna düşə bilər. Mədədən fərqli olaraq qida borusunun divarları xüsusi selikli qişa ilə qorunmur. Turş kütlə qida borusunun divarlarını yandırır, iltihaba, eroziyaların yaranmasına səbəb olur. Bu hal daim təkrarlanırsa, qida borusu xərçənginin riski artır.

Mədədə olan kütlə tək qida borusuna deyil, qırtlağa, nəfəs yollarına da düşə bilər ki, bu da ilthaba, xroniki öskürəyə səbəb olur.

Yeməkdən sonra yatan insanın qanında şəkərin səviyyəsi qalxır ki, bu da gələcəkdə 2-ci tip şəkərli diabetin riskini artırır. Şəkərli diabet xəstəliyi olan insanlar yeməkdən sonra yatmamalıdır.
Yuxu zamanı orqanizmdə gedən bütün proselər, o cümlədən, həzm prosesləri ləngiyir. Bu isə həzmin pozulmalarına, mübadilə proseslərinin ləngiməsinə, çəkinin artmasına səbəb olur.

Seçmə xəbərlər

Tramp Kanadanı ABŞ-nin 51-ci ştatına çevirməkdə israrlıdır

PUA Sensorlarında İnnovasiya: Baykar və Leonardo Güclərini Birləşdirir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Ramiz Cəfərov

Ramiz Sübhan oğlu Cəfərov (10 dekabr 1974, Makeevka, Donetsk vilayəti – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik–leytenantı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl rayonu və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 40 gün...

Məxvi Məlumatlar

Heydər Əliyevin Qərb Kəşfiyyatına Qarşı Mübarizəsi – ABŞ, Böyük Britaniya və Digər Qərb Ölkələrinin Casus Şəbəkələrinə Qarşı Əməliyyatlar

Heydər Əliyev, Sovet İttifaqının rəhbərliyində olduğu dövrdə, xüsusilə Sovetlər Birliyinin daxili təhlükəsizliyini qorumaq və xarici təhlükələrə qarşı mübarizəni gücləndirmək üçün genişmiqyaslı əməliyyatlar həyata keçirdi. Bu əməliyyatlar, həm Sovet Kəşfiyyatının (KGB) işlərini, həm də Heydər Əliyevin şəxsən Sovet dövlətinin təhlükəsizlik strukturlarında...