Türkiyə və ABŞ prezidentləri telefonla danışıb

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı olub.

“Eqazet.online” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Tərəflər ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan Türkiyə və ABŞ-nin iki müttəfiq ölkə olaraq yeni dövrdə əməkdaşlığının inkişaf edəcəyinə tam inandığını bildirib.

O, ABŞ Prezidentinin Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmaq üçün atdığı qətiyyətli addımları dəstəklədiyini, Türkiyənin müharibənin əvvəlindən ədalətli və davamlı sülh üçün səy göstərdiyini, bundan sonra da çalışacağını deyib.

Ərdoğan Suriyada sabitliyin bərpası, yeni administrasiyanın fəaliyyəti və normallaşma üçün sanksiyaların aradan qaldırılmasına birgə töhfə vermələrinin vacib olduğunu və bunun suriyalıların vətənlərinə qayıtmasına imkan yaradacağını söyləyib.

Türkiyə lideri ABŞ-dən yeni dövrdə terrorla mübarizə ilə bağlı addımların gözlənildiyini, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün CAATSA sanksiyalarına son qoyulmasının, F-16 tədarükü prosesinin yekunlaşdırılmasının və Türkiyənin F-35 proqramında yenidən iştirakının yekunlaşdırılmasının vacibliyini vurğulayıb.

Seçmə xəbərlər

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Kibertəhlükəsizlik Mütəxəssisləri Medusa Ransomware Hücumları Barədə Xəbərdarlıq Edir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məxvi Məlumatlar

“Duel” Əməliyyatı: Heydər Əliyevin Dahiyanə Kəşfiyyat Strategiyası

Heydər Əliyevin Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində (DTK) çalışdığı dövrdə həyata keçirdiyi "Duel" əməliyyatı, onun peşəkarlığını və strateji düşüncə tərzini əks etdirən mühüm bir nümunədir. Bu əməliyyat, Azərbaycanın təhlükəsizlik tarixində əks-kəşfiyyat sahəsində şah əsərlərdən biri hesab olunur. Əməliyyatın Hazırlanması və...