Türkiyə daha dörd ölkə ilə PKK və İŞİD-ə qarşı mübarizə mərkəzi yaradır

“Region ölkələri “İŞİD” terror qruplaşmasına qarşı birgə fəaliyyət göstərmək və bu məqsədlə əməliyyat mərkəzi yaratmaq barədə razılığa gəliblər”.

“Eqazet.online” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Onun sözlərinə görə, terrorçulara qarşı birgə mübarizə vacibdir: “Biz region ölkələri olaraq İŞİD-ə qarşı mübarizədə qərarlıyıq. Türkiyə uzun müddətdir bu mübarizəni öz tərəfində aparır. İŞİD təkcə bir ölkəyə deyil, regionun bir çox dövlətinə zərər vurduğundan qruplaşma ilə təkbaşına mübarizə aparmaq çətindir.

Ona görə də bizim bir araya gəlib güclü platforma yaratmağımız vacib idi. İndi biz bu platformanın yaradılması istiqamətində ilk addımı atmışıq. Bunun başlanğıcı birgə əməliyyat mərkəzinin yaradılması olacaq”.

Fidan əlavə edib ki, PKK regional problem olduğundan ona İŞİD-ə qarşı tətbiq olunan metodologiya və tədbirlərlə yanaşılmalıdır:

“PKK Türkiyədə bir kvadrat metr əraziyə nəzarət etməsə də, Suriyanın üçdə birini işğal edib və enerji qaynaqlarına nəzarət edir. İraqda İraq Kürdüstanında 700 kəndi, Sincar bölgəsini və bəzi başqa əraziləri işğal ediblər. Yəni bu, təkcə Türkiyənin problemi deyil”.

Qeyd edək ki, birgə əməliyyat mərkəzinin yaradılmasında Türkiyə, Suriya, İordaniya, İraq və Livan iştirak edəcək.

Seçmə xəbərlər

İğdır-Naxçıvan qaz kəməri: regionun enerji təhlükəsizliyinin təminatında yeni mərhələ

DİN-dən vətəndaşlara müraciət: Onlara müdaxilə etməyə çalışmayın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Sübhan Cəbrayılov

Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983, Salyan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün...

Məxvi Məlumatlar