And içərək ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trampın inaqurasiya zamanı nəinki Amerika ictimaiyyətinə, ümumilikdə dünyaya çox ciddi mesajlar verib.
Eqazet.online xəbər verir ki, ABŞ-nin yeni prezidenti Tramp verdiyi mesajlar aşağıdakılardır:
– ABŞ-nin qızıl dövrü başlayır;
– ABŞ-nin Paris İqlim Sazişindən çıxır;
– Neft və qaz istehsalına qoyulan əngəllərin aradam qaldırılması;
– Panama Kanalı ABŞ-yə geri qaytarılacaq;
– Amerikada iki cins olacaq: kiçi və qadın;
– Elektrik maşınlar qanunu ləğv ediləcək;
– ABŞ-nin cənubunda fövqəladə vəziyyət elan olunacaq;
– Meksika sərhədinə ordu göndəriləcək;
– Meksikanın narkotik kartelləri terror təşkilatı kimi tanınacaq;
– Meksika körfəzi ABŞ körfəzi olacaq;
– Qanunsuz miqrantlar ölkədən çıxarılacaq;
– Marsda ABŞ bayrağı dalğalanacaq;
– ABŞ-nin ərazisi böyüyəcək;
– Dünyanın ən güclü və qüdrətli ordusunu yaradılacaq;
– Bütün müharibələrə son veriləcək;
– Üçüncü Dünya müharibəsinə imkan verilməyəcək;
– ABŞ iqtisadiyyatı böyüyəcək;
– ABŞ dünyanın ən güclü və inkişaf etmiş ölkəsi olacaq.