Dünyada siyasi hakimiyyət getdikcə daha çox yaşlı kişilərin nəzarətinə keçir.
Eqazet.online “Bild” nəşrinə istinadən məlumatına görə, xüsusilə ABŞ, İran, Hindistan və Çində bu tendensiya açıq şəkildə müşahidə olunur.
Hazırda planetin təxminən 8 milyardlıq əhalisindən 5,4 milyardı (yəni 67,5%-i) 70 yaşdan yuxarı kişilər tərəfindən idarə olunur.
Ən yaşlı lider isə 91 yaşlı Kamerun prezidenti hesab edilir. O, 42 ildir hakimiyyətdədir, halbuki ölkədə orta yaş həddi 18-dən aşağıdır.
“Bild” yazır ki, hazırda dünyada cəmi 380 milyon insan qadınlar tərəfindən idarə olunur ki, bu da ümumi əhalinin cəmi 5%-dən azını təşkil edir.
Qadınların rəhbərlik etdiyi 28 ölkə arasında Meksika və İtaliya ən böyükləridir.