Şimali Koreya hakerləri Android istifadəçilərini casus proqramla izləyir

Eqazet.online xəbər verir ki, Şimali Koreya ilə əlaqəli olan “Lazarus” adlı haker qrupu, “Phantom Circuit” adlandırılan genişmiqyaslı kiberhücum kampaniyası həyata keçirərək, yüzlərlə sistemi sındırıb və məxfi məlumatları oğurlayıb. Onlar açıq mənbəli proqram təminatını klonlayaraq, zərərli kodlar əlavə edib və bu tətbiqləri “GitLab” kimi platformalar vasitəsilə yayıblar. Bu hücumlar nəticəsində qurbanların giriş məlumatları, autentifikasiya tokenləri, parolları və digər məxfi informasiyaları oğurlanıb.

“Kaspersky” mütəxəssisləri isə “WhatsApp” üçün “Android” cihazlarında əvvəllər məlum olmayan “CanesSpy” adlı casus troyan daşıyıcısı olan mod aşkar ediblər. Bu mod, əsasən ərəb və azərbaycan dillərində olan “Telegram” kanallarında yayılıb. Oktyabrın 5-dən 31-dək bu casus troyandan istifadə edilərək təşkil edilən 340 mindən çox hücumun qarşısı alınıb və onların demək olar ki, yarısı Azərbaycandakı istifadəçilərin payına düşüb.

Tövsiyələr:

  • Tətbiqləri yalnız rəsmi mağazalardan yükləyin ki, zərərli proqramla qarşılaşma riskini azaldasınız.
  • Üçüncü tərəf mənbəsindən tətbiq quraşdırmaq istəyirsinizsə, təhlükəsizlik həllindən istifadə edərək onu zərərli kod təhlükəsinə qarşı yoxlayın.
  • Platformanın populyarlığının onun təhlükəsizliyinə zəmanət vermədiyini yadda saxlayın.
  • “Android üçün Kaspersky” kimi mobil cihazlar üçün etibarlı təhlükəsizlik həllindən istifadə edin.

Bu cür kiberhücumlar göstərir ki, istifadəçilər tətbiqləri yükləyərkən diqqətli olmalı və yalnız etibarlı mənbələrdən proqram təminatını əldə etməlidirlər.

Seçmə xəbərlər

Jozef Sikela: “TBNM-in inkişafı Türkmənbaşını Avropa və Asiya arasında əsas tranzit qovşağına çevirəcək”

“Project Europe”: Gənc Avropa Sahibkarlarına 10 Milyon Avroluq Dəstək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məxvi Məlumatlar

“Duel” Əməliyyatı: Heydər Əliyevin Dahiyanə Kəşfiyyat Strategiyası

Heydər Əliyevin Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində (DTK) çalışdığı dövrdə həyata keçirdiyi "Duel" əməliyyatı, onun peşəkarlığını və strateji düşüncə tərzini əks etdirən mühüm bir nümunədir. Bu əməliyyat, Azərbaycanın təhlükəsizlik tarixində əks-kəşfiyyat sahəsində şah əsərlərdən biri hesab olunur. Əməliyyatın Hazırlanması və...