Sanya Bojinovska: “Şimali Makedoniya Azərbaycanın dəstəyi ilə qaz nəqli üzrə haba çevrilə bilər”

Şimali Makedoniya Azərbaycanla təhlükəsizliyini, dayanıqlılığını və enerji müstəqilliyini təmin etməyə yönəlmiş bir sıra layihələr üzrə əməkdaşlığa hazırdır.

“Eqazet.online” xəbər verir ki, bunu Şimali Makedoniyanın Enerji, Dağ-Mədən və Mineral Ehtiyatlar naziri Sanya Bojinovska Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşündə bildirib. Görüşdə iki ölkə arasında enerji əməkdaşlığının inkişafı, xüsusilə qaz təchizatı sahəsində tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib.

Tərəflər uzunmüddətli qaz təchizatı sazişlərinin imzalanması imkanlarına və Şimali Makedoniyanın qaz infrastrukturasına potensial investisiyalara xüsusi diqqət yetiriblər. Azərbaycanın energetika naziri vurğulayıb ki, Şimali Makedoniya təbii qazın nəqli üzrə regional mərkəzə çevrilə bilər:

“Biz konkret layihələr üzrə əməkdaşlığa dərhal başlamağa və sizin tərəfinizdən maraq olduğu təqdirdə həm ekspertiza, həm də birgə fəaliyyət üçün ciddi imkanlar təklif etməyə hazırıq”.

S. Bojinovska isə enerji sahəsində tərəfdaşlığın Şimali Makedoniya üçün yeni perspektivlər açdığını bildirib:

“Qaz təchizatı üçün şəraitin yaradılması və ölkəmizin enerji infrastrukturunun modernləşdirilməsinə investisiyaların cəlb edilməsi ilə bağlı konkret addımları nəzərdən keçirdik”.

Görüşdə, həmçinin Şimali Makedoniyanın dövlət enerji şirkəti “Elektrani na Severna Makedonija” (ESM) ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında mümkün əməkdaşlıq müzakirə edilib.

Azərbaycanın energetika naziri qeyd edib ki, Bakıda COP29 çərçivəsində imzalanmış əməkdaşlıq memorandumu əsasında fəaliyyətin aktivləşdirilməsi üçün görüş təşkil olunub. P. Şahbazov Şimali Makedoniyanı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər iclasına və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü nazirlər iclasına dəvət edib.

S.Bojinovska vurğulayıb ki, Şimali Makedoniya enerji müstəqilliyini və dayanıqlılığını təmin edəcək layihələrdə fəal əməkdaşlığa hazırdır və bu görüş həmin məqsədlərə çatmaq üçün mühüm addımdır:

“Azərbaycan Şimali Makedoniyanın mühüm regional qaz nəqliyyat qovşağına çevrilməsinə kömək edəcək konkret əməkdaşlıq mexanizmləri təklif edir. Bu, ölkəmizin enerji gələcəyi üçün strateji əhəmiyyət daşıyır, iqtisadiyyata və vətəndaşlara fayda gətirəcək. Biz bu istiqamətdə ciddi işləyəcəyik və beynəlxalq tərəfdaşların dəstəyinə ümid edirik”.

Seçmə xəbərlər

Azərbaycan Prezidenti: Biz Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq

Azərbaycanla İtaliya arasında tərəfdaşlığın inkişafı müzakirə edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Məxvi Məlumatlar

“Naturalist” Əməliyyatı: Heydər Əliyevin Kəşfiyyat Sahəsindəki Şah Əsəri və Casusluğa Qarşı Mübarizə

“Naturalist” əməliyyatı, 1955-ci ildə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) tərəfindən həyata keçirilmiş, Sovet təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyan əks-kəşfiyyat əməliyyatıdır. Bu əməliyyatın məqsədi və gedişi, onun detalları, məqsədi və kimlərə qarşı aparıldığı haqqında ətraflı məlumatları...