Şahin Bağırov Beyləqanda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Beyləqan rayonunda vətəndaşları qəbul edəcək.

“Eqazet.online” komitəyə istinadən xəbər verir ki, qəbul martın 17-də saat 10:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində (ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti 7) keçiriləcək.

Qəbul zamanı Beyləqan, Ağcabədi, İmişli, Füzuli və Xocavənd rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Seçmə xəbərlər

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verilib

Evlilik kişilərdə piylənmə riskini üç dəfə artırır – Qadınlara təsiri yoxdur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Ramiz Cəfərov

Ramiz Sübhan oğlu Cəfərov (10 dekabr 1974, Makeevka, Donetsk vilayəti – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik–leytenantı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl rayonu və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 40 gün...

Məxvi Məlumatlar

Heydər Əliyevin Qərb Kəşfiyyatına Qarşı Mübarizəsi – ABŞ, Böyük Britaniya və Digər Qərb Ölkələrinin Casus Şəbəkələrinə Qarşı Əməliyyatlar

Heydər Əliyev, Sovet İttifaqının rəhbərliyində olduğu dövrdə, xüsusilə Sovetlər Birliyinin daxili təhlükəsizliyini qorumaq və xarici təhlükələrə qarşı mübarizəni gücləndirmək üçün genişmiqyaslı əməliyyatlar həyata keçirdi. Bu əməliyyatlar, həm Sovet Kəşfiyyatının (KGB) işlərini, həm də Heydər Əliyevin şəxsən Sovet dövlətinin təhlükəsizlik strukturlarında...