Səudiyyə Ərəbistanı Krallığında İslam İnkişaf Bankı çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Səudiyyə Ərəbistanı Krallığına səfər çərçivəsində İslam İnkişaf Bankının prezidenti Məhəmməd Süleyman Əl-Casir və Türkiyənin xəzinə və maliyyə nazirinin müavini Osman Çeliklə görüşüb, Bankın “Müdirlərin görüşü”ndə iştirak edib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Səudiyyə Ərəbistanı Krallığına səfər çərçivəsində bir sıra görüşlər keçirib. İslam İnkişaf Bankı (İİB) Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir və Türkiyənin xəzinə və maliyyə nazirinin müavini Osman Çeliklə görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Səudiyyə Ərəbistanı Krallığında İİB-nin “Müdirlərin görüşü”ndə Bankın növbəti 10 il üçün strateji çərçivə sənədinin (2026-2035) formalaşdırılması ilə bağlı müzakirələr, qurumun prioritetləri və istiqamətləri, eləcə də üzv ölkələrin inkişaf ehtiyacları ilə bağlı fikir mübadiləsi aparılıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkəmizin İslam İnkişaf Bankı ilə səmərəli əməkdaşlıq etdiyini, Azərbaycanın həyata keçirdiyi layihələrə Bankın dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “Qız qalası su anbarından magistral suvarma kanalının tikintisi” üzrə İİB ilə tərəfdaşlıq haqqında imzalanmış sənədin əhəmiyyəti xüsusi qeyd edilib. Suvarma kanalının tikintisinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən ilk layihə olduğu diqqətə çatdırılıb.

Çərçivə sənədində müvafiq üzv ölkələrin yenidənqurma və bərpa ehtiyaclarının, eləcə də iqlimə həssas regionlarda quraqlığın aradan qaldırılması kimi məsələlərə diqqət yetirilməsinin vacibliyi qeyd olunub. Nəqliyyat dəhlizləri, enerji şəbəkələri kimi irimiqyaslı infrastruktur layihələrinə sərmayə qoyuluşu, qlobal davamlılıq məqsədlərinə uyğun gələn yaşıl infrastruktur layihələrinin və rəqəmsal transformasiya təşəbbüslərinin önəmi nəzərə çatdırılıb.

Tədbirdə Bankın innovativ fəaliyyətə və inklüzivliyə sadiq olduğu vurğulanıb. Qurumun etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi, fəaliyyət istiqamətləri ilə üzv ölkələrin inkişaf prioritetlərinin uzlaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, İslam İnkişaf Bankının dəstəyi ilə üzv ölkələr arasında beynəlxalq layihələrin icrasının təşviq edilməsinin vacibliyi qeyd olunub.

Seçmə xəbərlər

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib

Ürəyi zəiflədən 3 xəstəlik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Ramiz Cəfərov

Ramiz Sübhan oğlu Cəfərov (10 dekabr 1974, Makeevka, Donetsk vilayəti – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik–leytenantı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl rayonu və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 40 gün...

Məxvi Məlumatlar

Heydər Əliyevin Qərb Kəşfiyyatına Qarşı Mübarizəsi – ABŞ, Böyük Britaniya və Digər Qərb Ölkələrinin Casus Şəbəkələrinə Qarşı Əməliyyatlar

Heydər Əliyev, Sovet İttifaqının rəhbərliyində olduğu dövrdə, xüsusilə Sovetlər Birliyinin daxili təhlükəsizliyini qorumaq və xarici təhlükələrə qarşı mübarizəni gücləndirmək üçün genişmiqyaslı əməliyyatlar həyata keçirdi. Bu əməliyyatlar, həm Sovet Kəşfiyyatının (KGB) işlərini, həm də Heydər Əliyevin şəxsən Sovet dövlətinin təhlükəsizlik strukturlarında...