Qantas, SpaceX raket hissələri təhlükəsinə görə uçuşları təxirə salır

Avstraliya aviaşirkəti “Qantas” ABŞ tənzimləyicisinin “SpaceX” raketlərinin hissələrinin Hind okeanının cənub hissəsində atmosferə daxil olması təhlükəsi barədə xəbərdarlığından sonra Cənubi Afrikaya reysləri təxirə salmağa məcbur olub.

“Eqazet” xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Şirkət bildirib ki, son həftələrdə Sidney və Yohannesburq arasında bir neçə reysi uçuşdan az əvvəl ertələyib, çünki “SpaceX” raketlərinin hissələrinin atmosferə qayıtma vaxtları gec bildirişlə dəyişdirilib.

Şirkətin əməliyyat mərkəzinin rəhbəri Ben Holland bildirib ki, “Qantas” aviaəlaqələrin pozulmasını qabaqlamaq üçün belə olayların daha dəqiq proqnozlaşdırılması imkanını öyrənmək məqsədilə “SpaceX” ilə əlaqə saxlayıb.

Qeyd edək ki, “Qantas” 1950-ci illərin əvvəllərindən Hind okeanının cənub hissəsi üzərindən keçən marşrutlara xidmət göstərir və bu regionda fəaliyyət göstərən az sayda aviaşirkətlərdən biridir.

Seçmə xəbərlər

Daxili işlər naziri əməliyyat müşavirəsi keçirib

Fələstinlilər və İsraillilər Üçün Yeni Bir Ümid: Qəzza Sazişi Yaxınlaşır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Məxvi Məlumatlar

“Naturalist” Əməliyyatı: Heydər Əliyevin Kəşfiyyat Sahəsindəki Şah Əsəri və Casusluğa Qarşı Mübarizə

“Naturalist” əməliyyatı, 1955-ci ildə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) tərəfindən həyata keçirilmiş, Sovet təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyan əks-kəşfiyyat əməliyyatıdır. Bu əməliyyatın məqsədi və gedişi, onun detalları, məqsədi və kimlərə qarşı aparıldığı haqqında ətraflı məlumatları...