“Prezident İlham Əliyevin Davos Səfəri: İqtisadi Görüşlərdə Yeni İmkanlar”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunda (DİF) iştirakı çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşüb. Görüş zamanı şirkətin yaşıl enerji keçidində fəal iştirakı, ölkəmizlə səmərəli əməkdaşlığı və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi müzakirə edilib.

İqtisadiyyat naziri həmçinin, Davos İqtisadi Forumu çərçivəsində “Vestas Wind Systems A/S” şirkətinin vitse-prezidenti Morten Dirholm ilə görüşüb. Tərəflər yaşıl texnologiyaların tətbiqinin əhəmiyyəti, sənayedə innovativ həllərin səmərəli nəticələri və külək enerjisindən istifadə istiqamətində şirkətlə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Forum çərçivəsində təşkil olunan “Ticarət və İnvestisiya Rəhbərliyi Naharı” sessiyasında bu il üçün ticarət və sərmayələr sahəsində fəaliyyətin prioritet istiqamətləri nəzərdən keçirilib. İqtisadi diversifikasiya prosesinə geosiyasi təsirlər, innovasiya və səmərəlilik, idarəçilik və inkişaf kimi mövzular müzakirə olunub.

İqtisadiyyat nazirinin müavini Anar Axundov “HSA Group” şirkətinin İdarə Heyətinin üzvü Fuad Hayel Saeed Anam ilə görüş keçirib. Görüşdə Azərbaycanda xarici investorlar üçün yaradılmış əlverişli biznes mühiti barədə məlumat verilib. Aqrar sektor, sənaye və istehsal proseslərində dayanıqlı yanaşmaların tətbiqi və birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

Seçmə xəbərlər

2024-cü ildə 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

“OpenAI və SoftBank, Stargate-ə Hər biri 19 Milyard Dollar Yatırır”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Məxvi Məlumatlar

“Naturalist” Əməliyyatı: Heydər Əliyevin Kəşfiyyat Sahəsindəki Şah Əsəri və Casusluğa Qarşı Mübarizə

“Naturalist” əməliyyatı, 1955-ci ildə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) tərəfindən həyata keçirilmiş, Sovet təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyan əks-kəşfiyyat əməliyyatıdır. Bu əməliyyatın məqsədi və gedişi, onun detalları, məqsədi və kimlərə qarşı aparıldığı haqqında ətraflı məlumatları...