ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov dünən telefon danışığı aparıblar.
“Eqazet.online” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Artıq təmaslar olub. Dünən Uolts və Uşakov arasında telefon danışığı olub. Rusiya tərəfinə müəyyən məlumat (Ciddədə ABŞ-Ukrayna danışıqlarının nəticələri üzrə) təqdim edilib”, – o qeyd edib.