Eqazet.online xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan ordusu yüzlərlə girovun saxlanıldığı qatarı azad etmək üçün genişmiqyaslı hərbi əməliyyat aparır. Rəsmi mənbələrin verdiyi məlumata görə, terrorçular tərəfindən ələ keçirilən qatarın sərnişinləri arasında qadınlar və uşaqlar da var.
Hadisə ölkənin strateji dəmir yolu marşrutlarından birində baş verib. Hərbçilər terrorçulara qarşı əməliyyat apararaq, girovların təhlükəsiz şəkildə azad edilməsinə çalışırlar. Yerli hakimiyyət orqanları bildirir ki, vəziyyət gərgin olaraq qalır və ordunun müdaxiləsi davam edir.
Pakistan hökuməti terrorçularla danışıqların aparıldığını desə də, əməliyyatın nəticələri ilə bağlı hələlik rəsmi məlumat verilməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir.